Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Lənkərançayda qanunsuz balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar.
Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub Bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:50 / 23.04.2025
Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var
Hazırda oxunan: Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var
Hazırda oxunan: Lənkəranda ƏMƏLİYYAT: Saxlanılanlar var
245656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.