Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Hazırda oxunan: Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
242111
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində aprelin 2-də YAP-ın nümayəndələri və ÇKP-nin nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO - foto 1
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO - foto 2
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO - foto 3
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO - foto 4
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO