Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO

Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO

Hazırda oxunan: Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO
242092
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.
 

MÖVZU İLƏ BAAĞLI:

Almaniya Prezidenti “Bakı Ağ Şəhər”də - FOTO


Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib.

Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Gəzinti zamanı Almaniya Prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra ali qonağa Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.

Almaniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb. İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.



Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 1
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 2
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 3
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 4
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 5
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 6
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 7
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 8
Almaniya Prezidenti xanımı ilə İçərişəhəri GƏZDİ - FOTO/VİDEO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO