ETSN: Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib - FOTO

ETSN: Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib - FOTO

Hazırda oxunan: ETSN: Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib - FOTO
240464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Meşələr Günündə Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 21 mart Beynəlxalq Meşələr Günündə ölkənin bir çox regionlarını əhatə edən meşə fondu torpaqlarının açıq sahələrində ağacəkmə tədbirləri keçirilib.

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən aparılan ağacəkmə tədbirləri zamanı bir gündə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 13 min 650 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqrama yaxın toxum səpilib.

Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

ETSN: Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib - FOTO - foto 1
ETSN: Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO