Andersonun “Şamaxı”ya keçidi BAŞ TUTMADI

Andersonun “Şamaxı”ya keçidi BAŞ TUTMADI

Hazırda oxunan: Andersonun “Şamaxı”ya keçidi BAŞ TUTMADI
239711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şamaxı”nın yeni transfer cəhdi uğursuzluqla nəticələnib. 

Bizim.Media xəbər verir ki, bölgə klubu müqavilə bağlamaq üçün gətirdiyi legioneri geri göndərməyə qərar verib

Premyer Liqa klubu ötən ay 150 min dollara Rusiyanın “Fakel” klubuna satılan Belajdi Pusinin boşluğunu Kollin Andersonla doldurmağı planlaşdırmışdı.
 

Lakin yamaykalı hücumçu tibbi baxışdan uğurla keçsə də, transferi alınmayıb. Sənədlərində problem aşkarlanan legioner bu gün vətəninə yola salınacaq. 25 yaşlı futbolçunun özünün səhlənkarlığı üzündən yaranan problem başına bəla olub. “Şamaxı” isə demək olar, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəldiyi üçün əlavə xərcə düşməyi lazım bilməyib. 


Qeyd edək ki, Anderson bu ilin yanvarında İraqın “Erbil” klubundan ayrılandan bəri işsiz idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO