Millimizin yeni baş məşqçisi Arif Əsədov OLACAQ? – Özündən AÇIQLAMA

Millimizin yeni baş məşqçisi Arif Əsədov OLACAQ? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Millimizin yeni baş məşqçisi Arif Əsədov OLACAQ? – Özündən AÇIQLAMA
237965
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA 21 yaşlılardan ibarət milli komandaya yeni baş məşqçi təyin etməyi düşünür. Artıq deyilən posta namizədlər də məlumdur. Bunlar hazırda işsiz olan Arif Əsədov, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov, “Araz Naxçıvan”dan Elmar Baxşiyev və və “Kəpəz”in çalışdırıcısı Azər Bağırovdur.

Bu məşqçilərdən yeganə işsiz olanı Arif Əsədovdur. Bu amil onun yığmaya təyin olunma şansını artırır. Çünki digər namizədlərin öz klublarını atıb milliyə keçəcəyi o qədər də inandırıcı görünmür.

Məsələ ilə bağlı Arif Əsədovun özü ilə əlaqə saxladıq. Məşqçi Bizim.Media-ya açıqlamasında AFFA rəhbərliyi ilə danışıq apardığını təsdiqlədi:

“AFFA rəhbərliyi ilə görüşümüz olub. Fikir mübadiləsi aparmışıq. Ancaq yekun qərarı İcraiyyə Komitəsi verəcək. Onların hansı qərarı verəcəyini yaxın günlərdə biləcəyik. Mən özüm U-21-də işləməyə hazıram”.

Qeyd edək ki, Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclasında U-21-in baş məşqçi postu ilə bağlı yekun qərar veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO