“Qarabağ” bu futbolçu ilə yollarını ayıracaq

“Qarabağ” bu futbolçu ilə yollarını ayıracaq

Hazırda oxunan: “Qarabağ” bu futbolçu ilə yollarını ayıracaq
233937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" mövsümün sonunda bəzi oyunçularla yollarını ayıracaq.

Bizim.Media Ağdam klubunun yollarını ayırmaq istədiyi futbolçulardan biri də Amin Ramazanovdur.

Zədə səbəbindən uzun müddətdir ki, meydana çıxmayan və hazırda məşq etməklə kifayətlənən Ramazanovun qışda icarəyə verilməsi gözlənilsə də, bu baş tutmamışdı.

Mövsümün sonunda isə U-21 yığmamızın sabiq qapıçısının başqa kluba keçəcəyi ehtimal edilir. Hətta bir ara "Şamaxı" və ya "Səbail"in onu heyətinə qatması iddia olunurdu. İndi də "Qarabağ"ın düşərgəsində yer alan Ramazanovun Ağdam klubundan ayrılsa belə, Azərbaycanı tərk etməyəcəyi gözlənilir.

"Lokomotiv"(Moskva) klubunun futbol akademiyasının yetirməsi olan Amin 2021-ci ildən “Qarabağ”ın üzvüdür.
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO