“Turan Tovuz”da CİDDİ İTKİLƏR

“Turan Tovuz”da CİDDİ İTKİLƏR

Hazırda oxunan: “Turan Tovuz”da CİDDİ İTKİLƏR
233122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Turan Tovuz” müdafiə xəttində zədəlilərlə bağlı sözün əsl mənasında çətinlik yaşayır.

Bizim.Media xəbər verir ki, əməliyyat olunan Roderik Millerlə Denis Marandiçidən başqa Şəhriyar Əliyev və Eltun Turabov da kollektiv çalışmalardan uzaq düşüb.

“Qarabağ”la matçdan əvvəlki məşqlərin birində arxa əzələsindən zərbə alan Şəhriyar son iki qarşılaşmada iştirak edə bilməyib. MRT müayinəsindən keçən kapitanın zədəsinin ağır olduğu üzə çıxıb.

O, 4-6 həftə yaşıl meydanlardan uzaq düşəcək. Bu, o deməkdir ki, Əliyev qarşıdakı iki turda “Sabah” və “Araz-Naxçıvan”la prinsipial oyunlarda komandasına kömək edə bilməyəcək. Şəhriyar ən yaxşı halda “Şamaxı” ilə fevralın 23-də baş tutacaq oyuna hazır olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO