Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir – FOTO

Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir – FOTO

Hazırda oxunan: Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir – FOTO
232140
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib.

Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin “Range Rover” markalı avtomobilidir.

İddiaçı C.Hacıyeva “Range Rover”in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir.

Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb.

Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq.

Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən sonra övladı da işdən çıxarılıb.

Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə bilmir – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO