"Qarabağ" "Turan Tovuz"a uduzdu - VİDEO

"Qarabağ" "Turan Tovuz"a uduzdu - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Turan Tovuz"a uduzdu - VİDEO
231835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ı məyus edib.

Bu nəticədən sonra "Qarabağ" 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 1:2. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO