"Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO

"Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO

Hazırda oxunan: "Neftçi" "Araz-Naxçıvan"a məğlub oldu - VİDEO
231820
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi" Misli Premyer Liqasının XX turunda məğlub olub.

Bizim.Media xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

29-cu dəqiqədə meydan sahiblərinin heyətində Vanderson Melo fərqlənib. 64-cü dəqiqədə Roman Maçado fərqi artırıb. Qonaqların heyətində 67-ci dəqiqədə Filip Ozobiç adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Araz-Naxçıvan" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 18 xalla yeddinci sıradadır.

Qeyd edək ki, günün və turun son matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO