
- A-
- A
- A+
İdman
16:12 / 26.01.2025
1 dəq oxunma
“Neftçi” sabiq futbolçusunu geri qaytarmaq istəyir
Hazırda oxunan: “Neftçi” sabiq futbolçusunu geri qaytarmaq istəyir
231792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Neftçi" növbəti transferə hazırlaşır.
Bizim.Media xəbər verir ki, söhbət "Araz-Naxçıvan"ın şərəfini qoruyan Sezar Meza Kollidən gedir.
"Ağ qaralar" paraqvaylı legionerlə danışıqlara start verib. Danışıqlar müsbət yekunlaşsa yeni mövsümdən 33 yaşlı orta sahə oyunçusunun sabiq komandasına dönəcək. Transferin baş tutmasını baş məşqçi Samir Abasov şəxsən istəyib. Çünki Meza Kolli 2021-23-cü illərdə məhz Samir Abasovun rəhbərliyi altında "Neftçi"də çıxış edib. O, Bakı təmsilçisinin formasında meydana çıxdığı 55 görüşdə 6 dəfə fərqlənə bilib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün































































































