“Mançester Siti”nin başı üzərindən qala bulud çəkilmir - Yenə uduzdu

“Mançester Siti”nin başı üzərindən qala bulud çəkilmir - Yenə uduzdu

Hazırda oxunan: “Mançester Siti”nin başı üzərindən qala bulud çəkilmir - Yenə uduzdu
226363
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları davam etdirilir.

Bizim.Media xəbər verir ki, bugünün ilk matçında “Aston Villa” “Mançester Siti”ni qəbul edib.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları "Aston Villa"dan D.Duran (16-cı dəq.) və M.Rodcers (65), "Mançester Siti"dən isə Foden (90+3) vurublar.

“Aston Villa” bu qələbədən sonra xalını 28-ə çatdırıb və 5-ci pilləyə yüksəlib.

Xosep Qvardiolanın “Siti”si isə 6-cı yerə düşüb (27 xal). Lider “Liverpul”un 15 oyundan 36 xalı var.

Beləliklə, “Mançester Siti” bu mövsüm uğursuz çıxışını bu matçda da davam etdirib.

Bu, onların bütün turnirlərdəki son 12 oyunda 9-cu məğlubiyyəti olub. “Mançester Siti” digər 3 görüşün 2-də heç-heçə edib, yalnız 1-də qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO