Yüksək Liqa: “Abşeron” “Azərreyl”i məğlub etdi - FOTO

Yüksək Liqa: “Abşeron” “Azərreyl”i məğlub etdi - FOTO

Hazırda oxunan: Yüksək Liqa: “Abşeron” “Azərreyl”i məğlub etdi - FOTO
226105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub.

Bizim.Media xəbər verir ki, bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
 

İlk olaraq GİN-in Voleybol Mərkəzində meydana "Abşeron" və "Azərreyl" klubları çıxıblar. Gərgin keçən bu görüşdə "Abşeron" 3:1 hesabı ilə qələbə qazanıb.


Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi "Gəncə" klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Turun və ilin son qarşılaşması isə "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

Yüksək Liqa (qadınlar)

IV tur

19 dekabr

“Gəncə” - UNEC 3:0 (25:8, 25:7, 25:11)

“Abşeron” - “Azərreyl” 3:1 (18:25, 25:21, 25:17, 25:16)

“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO