İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO

İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO

Hazırda oxunan: İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO
222563
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gündən başlayaraq Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şimal-qərb bölgəsində artıq iki gündür havanın temperaturu kəskin dəyişib. Ötən gün qismən buludlu və yağmurlu idisə bu gecə səhərə kimi bölgə rayonlarında leysan müşahidə olunub.
 

Əgər əvvəlki günlər bölgə rayonlarında temperatur 16-18 dərəcə idisə, bu gün dağlıq və dağətəyi kəndlərdə havanın temperaturu 4-6 dərəcə, aran ərazilərdə isə 5-8 dərəcə arasında dəyişir.


Böyük Qafqazın cənub yamacları boyu uzanan bölgənin əksər yüksək dağlıq ərazilərinə sulu qar və qar yağıb. Hazırda leysan yağışlarına ara verilsə də narın yağış davam edir.

Kənd təsərrüfatı mütəxəssisləri belə yağışların payızlıq əkinlər üçün mühüm əhəmiyyət daşıdığını, əkilən dənin yetişməsinə zəmin yaratdığını bildirir.

Bölgədə belə hava şəraitinin qarşıdakı iki gündə də davam edəcəyi bildirilir.




İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO - foto 1
İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO - foto 2
İki həftəlik mülayim payız havası yağışlarla əvəzləndi - FOTO/VİDEO - foto 3


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO