Nazir onları yeni vəzifəyə TƏYİN ETDİ

Nazir onları yeni vəzifəyə TƏYİN ETDİ

Hazırda oxunan: Nazir onları yeni vəzifəyə TƏYİN ETDİ
218462
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Bizim.Media “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.
 

E. Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.


Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO