“İlham Əliyevin rəhbərliyi ilə qardaşlarımız bütün sahələrdə nailiyyətlər əldə ediblər” - Cahit Bağçı

“İlham Əliyevin rəhbərliyi ilə qardaşlarımız bütün sahələrdə nailiyyətlər əldə ediblər” - Cahit Bağçı

Hazırda oxunan: “İlham Əliyevin rəhbərliyi ilə qardaşlarımız bütün sahələrdə nailiyyətlər əldə ediblər” - Cahit Bağçı
218359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat bizim ən böyük istəyimizdir. Dünyanın 10 ən böyük iqtisadiyyatından biri olmaq məqsədimizə uyğun olaraq, bütün coğrafiyalarla ticarət və iqtisadi əlaqələrimizi inkişaf etdirəcək və şaxələndirəcəyik. Bu baxımdan birinci məqsədimiz ailəmiz olan Türkiyə dövlətləri ilə qarşılıqlı ticari-iqtisadi əlaqələrimizi daha da genişləndirməkdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib - FOTO


“Biz ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan, qəlblərdə dərin kök salmış müstəsna qardaşlığın şahidi oluruq. Bu qardaşlığın köklərini birlikdə dərinləşdiririk.

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa edən, Qarabağda qələbə qazanmaq üçün “bir yumruq, bir ürək” olan azərbaycanlı qardaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə nailiyyətlər əldə ediblər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO