Həbsxanada film kimi OLAY: Məhkumu ülgüclə öldürmək istədilər

Həbsxanada film kimi OLAY: Məhkumu ülgüclə öldürmək istədilər

Hazırda oxunan: Həbsxanada film kimi OLAY: Məhkumu ülgüclə öldürmək istədilər
212085
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə istintaqın yekunlaşdığı elan edilib.

Prokuror Babaxan Həsənəliyev çıxış edib. O bildirib ki, məhkəmə istintaqı zamanı Azər Şalıyevin hadisəni törətməsi təsdiqlənib.
 

Prokuror çıxışında məhkəmədən 16 il cəza istəyib. Daha sonra Azər Şalıyevin vəkili çıxış üçün vaxt istəyib.


Məhkəmənin növbəti prosesi oktyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs eyni cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxs ölüm işi ilə məhkumluq həyatı yaşayırdı. Belə ki, təqsirləndirilən şəxs Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş şəxs Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddəti qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO