İsmayıllıda “Range Rover”lə “Ford” toqquşdu: 7 nəfər xəsarət aldı – YENİLƏNİB/FOTO

İsmayıllıda “Range Rover”lə “Ford” toqquşdu: 7 nəfər xəsarət aldı – YENİLƏNİB/FOTO

Hazırda oxunan: İsmayıllıda “Range Rover”lə “Ford” toqquşdu: 7 nəfər xəsarət aldı – YENİLƏNİB/FOTO
210844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 13 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonunun Balik kəndindən keçən hissəsində Yasin Xasməmmədovun idarə etdiyi “Ford” markalı avtomobillə Taleh Umudovun idarə etdiyi “Range Rover” markalı avtomobil toqquşub. 

Hadisə nəticəsində hər iki sürücü və “Range Rover” də olan sərnişinlər xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır. 

*** 16:04

İsmayıllıda ağır yol qəzası baş verib, 7 nəfər xəsarət alıb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm yolunun rayonun Aşıq Bayram gölünün yaxınlığında qeydə alınıb. 

Belə ki, qəza zamanı “Range Rover” markalı avtomobillə “Ford” markalı minik maşını toqquşub. Nəticədə avtomobillərdə olan 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

İlkin məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

İsmayıllıda “Range Rover”lə “Ford” toqquşdu: 7 nəfər xəsarət aldı – YENİLƏNİB/FOTO - foto 1

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO