Narin cinayəti ilə bağlı TÜKÜRPƏDİCİ DETAL: Əmisi kisəni...

Narin cinayəti ilə bağlı TÜKÜRPƏDİCİ DETAL: Əmisi kisəni...

Hazırda oxunan: Narin cinayəti ilə bağlı TÜKÜRPƏDİCİ DETAL: Əmisi kisəni...
210656
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Türkiyədə 19 gündür axtarışda olan və dərədə ölü tapılan 8 yaşlı Narinin istintaqı ilə bağlı yeni detallar üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “SABAH” qəzetində məlumat yayılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Meyiti tapılan Narinin anası, atası və qardaşı TUTULDU


Məlumata görə istintaq üçün saxlanılan şəxslərdən biri kisəni ona kəndin muxtarının (Narinin əmisi – red) verdiyini deyib: 

"Muxtar cəsədi mənə kisədə verdi. Kisəni götürüb dərəyə apardım". 

Qeyd edək ki, həmin şübhəli avtomobili ilə dərə kənarına getdiyi müəyyən edildikdən sonra saxlanılıb. 

Xatırladaq ki, Diyarbəkir valisi Murat Zorluoğlu Narin Güranın Eğertutmaz çayı kənarında çuval içərisində, üstü daşla gizlədilmiş vəziyyətdə ölü tapıldığını açıqlayıb. 

"İlk məlumatlara görə uşaq öldürüldükdən sonra bir çuvalın içinə qoyulub çay kənarına gətirilib, çuvalla birlikdə çayın kənarında suyun içinə yerləşdirilib. Üstü də ağac budaqları və daşlarla şübhə oyatmayacaq şəkildə, təbii görüntü yaradılaraq örtülüb", - deyə o vurğulayıb. 


Qeyd edək ki, istintaq çərçivəsində Narin Güranın anası, atası, iki qardaşı, dörd əmisi və həbs olunan əmisi S.G.-nin arvadı da daxil olmaqla 24 nəfər saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO