Ərdoğandan yeni konstitusiyanın qəbuluna maneə yaradan amillərlə bağlı AÇIQLAMA

Ərdoğandan yeni konstitusiyanın qəbuluna maneə yaradan amillərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan yeni konstitusiyanın qəbuluna maneə yaradan amillərlə bağlı AÇIQLAMA
209649
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin prezidenti R.T.Ərdoğan Türkiyədə konstitusiyanın qəbuluna maneə olan əsas amil barədə danışıb.

Bizim.Media “Anadolu Ajansı”na istinadən xəbər verir ki, o bu barədə Ali Apellyasiya Məhkəməsinin sədrliyi yanında keçirilən “2024-2025-ci Məhkəmə ilinin açılış mərasimi”ndə çıxışında bildirib.

Prezidentin fikrincə buna maneə olan əsas amil insanların qərəzli fikirləridir.

“Türkiyə yeni bir konstitusiyaya hazırdır. Buna ən böyük maneə isə qərəzli yanaşmadır”, - Ərdoğan bildirib.
 

O, əlavə edib ki, qarşıdan gələn 4 il müddətində islahatlar xalqla paylaşılacaq: “2024-2028-ci illəri əhatə edən Türkiyə Məhkəmə İslahatı sənədimizi qarşıdan gələn dövrdə millətimizlə paylaşacağıq. Hər iki sənədi hazırlayarkən biz millətimizin insan haqlarını və ədalətini nəzərə almışıq”.



Türkiyə prezidenti konstitusiyanın ağlabatan və hər kəsin ürəyincə olacağını da bildirib: “Türkiyədə çevrilişin məhsulu olan mövcud konstitusiyadan azad edilməsinin vaxtının gəldiyi qənaətindəyik. Ağlabatan müddət, proqnozlaşdırıla bilən və həll mərkəzli ədalət bizim prioritetimiz olacaq. Ölkəmizi heç bir ayrı-seçkilik etmədən gələcəyə daşıyacaq konstitusiyanı partiya olaraq, Xalq ittifaqı olaraq, bu mövzuda səmimiyik”.

Prezident hüquq təhsili ilə bağlı yeniliklərdən də söhbət açıb.

“Hüquq təhsilini daha da inkişaf etdirəcək və bu istiqamətdə addımlar atacağıq. Türkiyə demokratiyasının bunu etmək imkanı və yetkinliyinin olduğunu görürük. Biz cəmiyyətimizin müxtəlif təbəqələrindən məlumat əldə etməklə prosesi sağlam düşüncə ilə həyata keçirməyə çalışırıq”, - o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO