Parlament seçkilərilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

Parlament seçkilərilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

Hazırda oxunan: Parlament seçkilərilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək
209147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvermə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək.

Bu barədə Bizim.Media-ya Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.

Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin Milli Məclisə növbədənkənar seçkilərin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə sentyabrın 1-də müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO