Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO

Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO

Hazırda oxunan: Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO
208191
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanda səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.

Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO - foto 1
Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO - foto 2
Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO - foto 3
Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO - foto 4
Kərim Vəliyev Almatıda Azərbaycan-Qazaxıstan təlimlərini İZLƏDİ - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO