Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparıldı - FOTO

Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparıldı - FOTO

Hazırda oxunan: Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparıldı - FOTO
208186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Elçin Məmmədov İşçi qrupun səmərəli fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.

Ditmir Buşati ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparıldı - FOTO - foto 1
Baş prokurorluqda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri ilə fikir mübadiləsi aparıldı - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO