Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO
207891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.

Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib. 

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib. 

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO - foto 1
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO - foto 2
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO - foto 3
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO - foto 4
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başladı – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO