Göygöldə ailə münaqişəsi qanla bitib – VİDEO

Göygöldə ailə münaqişəsi qanla bitib – VİDEO

Hazırda oxunan: Göygöldə ailə münaqişəsi qanla bitib – VİDEO
202156
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ər və arvad arasında yaranan mübahisənin böyüməsi nəticəsində 30 yaşlı qadın xəstəxanalıq olub. Hadisə Göygöl şəhər Ü.Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeyd alınıb. Cavid Məmmədov ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı həyat yoldaşı, Asimə Məmmədovaya bıçaqla bir neçə xəsarət yetirib. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Tibb müəssisəsinin əməkdaşı Samirə Cəfərovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə bu gün səhər saatlarında, 8:15 radələrində Göygöl rayonundan Asimə Məmmədova adlı şəxs xəstəxananın TTY şöbəsinə gətirilib:

“Xəstə döş qəfəsinin içəri keçmiş deşilmiş-cırılmış yarası ilə müraciət  etmişdi, cərrahi müdaxilə edildi. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam edir. Zərərçəkmişin sözlərinə görə ona həyat yoldaşı tərəfindən xəsarət yetirilib” deyə xəstəxana rəsmisi əlavə edib. 
Cavid Məmmədov sözügedən cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO