Rusiyada güclü qasırğa: Ölənlər var - VİDEO

Rusiyada güclü qasırğa: Ölənlər var - VİDEO

Hazırda oxunan: Rusiyada güclü qasırğa: Ölənlər var - VİDEO
200066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində baş verən qasırğa nəticəsində iki nəfər həlak olub, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın fövqəladə xidmətləri yayıb.

Yaralıların vəziyyəti barədə açıqlama verilməyib.

Qeyd edək ki, Rusiyanın şimal paytaxtında dünəndən başlayaraq leysan yağır, şimşək çaxır, güclü külək əsir. Əlverişsiz hava şəraitinə görə ağaclar və zəif bərkidilmiş konstruksiyalar qırılıb, 10 minik avtomobilinə ziyan dəyib, həmçinin tikinti meydançasında kran aşıb.
Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı görüntülər yayılıb. Kadrların birində küləyin təsiri ilə havada uçan çamadanın qızın başına dəyməsi və yerə yıxması əks olunub. Şahidin sözlərinə görə, qızın burnu sınıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO