Ledi Qaqanın itlərinə görə 5 nəfər saxlanılıb

Ledi Qaqanın itlərinə görə 5 nəfər saxlanılıb

Hazırda oxunan: Ledi Qaqanın itlərinə görə 5 nəfər saxlanılıb
19792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Ledi Qaqa son günlər itlərinin qaçırılması hadisəsi ilə gündəmdən düşmür.

Bizim.Media axsam.az-a istinadla xəbər verir ki, sənətçi itlərini geri qaytarana 500 min dollar mükafat verəcəyini açıqlayıb. Bundan sonra bir qadın onun itini tapdığını deyərək, ifaçıya qaytarıb.

Hadisə ilə bağlı polis ilk gündən araşdırma aparıb. Koci və Qustavo adlı itləri bir dəstənin qaçırdığı ortaya çıxıb.

Onların beş nəfər olduğu bildirilib. Şübhəlilərdən üçü polis tərəfindən saxlanılıb. Günahkarlardan biri isə itlər oğurlandıqdan sonra Lediyə zəng edib, itləri tapdığını deyən Cennifer Makbrayd adlı qadın olub. Qadın iti qaytardıqda müğənninin 500 min dollar mükafatını almaq istədiyini söyləyib.

Polis tərəfindən saxlanılar Cennifer hər şeyi etiraf edib.

O bildirib ki, küçədə Qaqanın itləri gəzdirən köməkçisinə hücum etmək, heyvanları oğurlamaq planını əvvəlcədən qurublar. Onlar itlər üçün pul istəməyi planlaşdırıblar. İfaçı 500 min dollar mükafat verəcəyini deyəndə isə planı dəyişdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO