Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

Hazırda oxunan: Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO
197441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əgər Kiyev və Qərb ölkələri əvvəlki kimi Rusiyanın sülh təklifindən imtina etsələr, tökülən qana görə bütün siyasi və mənəvi məsuliyyət onların üzərinə düşəcək. Təbii ki, bu onların öz işidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Rusiya XİN rəhbərliyi ilə birgə keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Putin əlavə edib ki, cəbhə xəttində reallıqların dəyişməsi Kiyevin xeyrinə deyil və danışıqların başlaması üçün şərtlər fərqli olacaq.

Qeyd edək ki, sözügedən konfransda Putin Rusiyanın sülhlə bağlı şərtlərini də açıqlayıb:

“Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır, bu məsələ müzakirə belə edilə bilməz. Eyni zamanda, Kiyev NATO-ya inteqrasiya niyyətlərindən əl çəkməlidir. Yalnız bu halda danışıqlar mümkündür”.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO