Həyat yoldaşını qətlə yetirən keçmiş məhkum:

Həyat yoldaşını qətlə yetirən keçmiş məhkum: "Mənə deyirdi sən nə kişisən?"

Hazırda oxunan: Həyat yoldaşını qətlə yetirən keçmiş məhkum: "Mənə deyirdi sən nə kişisən?"
193487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Zeynalov Zaman Məhəmməd oğlunun məhkəmə prosesinin ilkin məhkəmə iclası keçirilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham aktını elan etdikdən sonra təqsirləndirilən şəxs sərbəst ifadə verərək bildirib ki, həyat yoldaşını Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib.

Səbəb isə Zeynalova Pərvanə Şahbaz qızının onu evdə bir kişi kimi qəbul etməməsi olub:

"Hər dəqiqə 102 xidmətini yığıb məndən şikayət edirdi. 20 dəfə şikayət edib məndən. Deyirdi sən nə kişisən? Mən 2 dəfə məhkumluq həyatı yaşamışam. Bu sözləri necə qəbul edə bilərdim? Uşaqlara söz deməyə qoymurdu".

Məhkəmə prosesi 12 iyun tarixinə kimi təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO