Magistraturada fənlər niyə praktiki formada tədris olunmur? – Mühüm AÇIQLAMA  

Magistraturada fənlər niyə praktiki formada tədris olunmur? – Mühüm AÇIQLAMA  

Hazırda oxunan: Magistraturada fənlər niyə praktiki formada tədris olunmur? – Mühüm AÇIQLAMA  

190207

Universitet məzunlarının böyük əksəriyyəti magistratura pilləsini xaricdə davam etdirməyi arzulayır. Bir çoxları bu arzusunu reallaşdıra bilsə də, böyük əksəriyyəti bir növ məcbriyyətdən təhsilini ölkədə qalıb davam etdirirlər. Bu haldan narazı olan tələbələr əsasən magistratura fənlərinin ancaq nəzəriyyədən ibarət olduğundan şikayətlənir və bakalvriat pilləsində keçirilən dərslərin təkrarı olduğunu vurğulayırlar. 

Magistraturada fənlər niyə praktik formada tədris olunmur?  
 

MÖVZU İLƏ BAĞLI:

Magistratura imtahanında YENİLİK – Bu suallar ƏLAVƏ OLUNACAQ


Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, magistratura təhsili – ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə tələbənin biliklərinin dərinləşdirilməsinə xidmət edir: 

“Ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura ixtisaslaşma prosesində önəmli yer tutur. Əyani və qiyabi formasından asılı olaraq magistr təhsili minimum 2 il müddətində tədris olunur. Əminliklə deyə bilərəm ki, ali təhsil almaq hər bir fərdin həyatında mühüm rola malikdir. Şəxsin bilik və bacarıqlarının formalaşmasında və potensialının ortaya çıxmasında əvəzsiz rolu var. 4 illik bakalavr təhsili müddətində fərd özünü daha yaxından tanıyır, həqiqi istəkləri və potensialı ortaya çıxır. 

Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirmək deməkdir. Əslində çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. 

Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan məsləhət alırıq”.

Ekspertin sözlərinə görə, son illərin statistikasına nəzər yetirsək, günümüzün tələbələrinin demək olar ki, yarısı xaricdə magistr təhsil almağa üz tuturlar:

“Buradakı ən vacib səbəb isə xaricdə təhsilin yüksək səviyyədə tədris olunmasıdır. İstər təhsilin yüksək səviyyədə olması ilə, istərsə də tədrisin müasir texnologiya ilə savadlı və peşekar pedaqoqlar tərəfindən təşkil olunması azərbaycanlı tələbələrin xaricdə təhsilə üz tutmasına səbəb olur. Magistr təhsili almaq tələbənin ixtisas biliklərinin dərinləşməsində və professionallaşmasında vacibdir. 

Öz sahələri üzrə inkişaf etmək və mütəxəssis olmaq üçün tələbələrin magistr təhsili alması əsaslı səbəblərdəndir. Bəzi tələbələrin arzusu isə akademik fəaliyyətlə məşğul olmaq və universitetdə qalıb pedaqoq olmaqdır. Bu zaman tələbə mütləq şəkildə magistr təhsili almalı və daha sonra tezisini müdafiə etməlidir.

Bəzi hallarda isə tələbələr ixtisaslarını dəyişmək üçün magistr təhsili almaq istəyirlər. Buna səbəb isə çox zaman o olur ki, abituriyent vaxtı gənclər təbə adını qazanmanın sevinc və həyəcanı ilə düzgün ixtisas seçimi edə bilmirlər. Bu halda isə ya ixtisas seçimini “balım hara uyğundursa, o ixtisasa qəbul olum” düşüncəsi ilə, ya da çox təəssüf ki, bəzən valideynlərinin təzyiq və israrı ilə, onların istədikləri ixtisasa qəbul olub təhsillərini davam etdirirlər”. 

K.Əsədov onu da qeyd edib ki, bu zaman isə onlar bakalavr təhsillərini bitirib öz istədikləri ixtisasa uyğun olaraq üçün magistr təhsili alırlar:

“Bakalavriat təhsili başa çatmış şəxslər ali təhsilli adlanır. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. 

Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir.
Bu gün elm sahəsində çalışanların əksəriyyəti, yaslı nəslin nümayəndələridir. 30-32 yaşında olan bir şəxs demək olar ki, elmə maraq göstərmir. Hesab edirəm ki, gənclərin elmə maraq göstərməsi üçün stimullasdırıcı tədbirlər görmək lazımdır. Hazırda bəzi statistikalara görə, Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 mindən artıq, magistratura səviyyəsində 13 mindən artıq, orta ixtisas təhsili müəssisələrində 51 mindən artıq tələbə təhsil alır”.

Nuranə Daxilqızı, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO