Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum oldu - VİDEO

Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum oldu - VİDEO

Hazırda oxunan: Azərbaycanda “Prius”ları əvəzləyəcək maşın modeli məlum oldu - VİDEO
184871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan “Prius”ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət “Toyota Corolla Fielder” modelindən gedir.

Hibrid mühərriklə təchiz olunmuş “Fielder”ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi “Prius”la müqayisədə daha təzə olan “Fielder”lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz “Fielder”lərin sifarişlərinin kəskin artdığını bildiriblər. 

Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO