“Tottenhem”də ciddi İTKİ 

“Tottenhem”də ciddi İTKİ 

Hazırda oxunan: “Tottenhem”də ciddi İTKİ 

180786

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, London təmsilçisinin hücumçusu Rişarlison sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Braziliyalı forvard Premyer Liqanın 25-ci turunun "Vulverhempton"la matçında dizindən xəsarət alıb. 26 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO