Ruhəngiz: “Yusif Eyvazov güzgülərimi hədiyyə olaraq götürmədi, pulla aldı” – ÖZƏL

Ruhəngiz: “Yusif Eyvazov güzgülərimi hədiyyə olaraq götürmədi, pulla aldı” – ÖZƏL

Hazırda oxunan: Ruhəngiz: “Yusif Eyvazov güzgülərimi hədiyyə olaraq götürmədi, pulla aldı” – ÖZƏL

180056

“Hazırladığım güzgülərə tələbat olduqca çoxdur. Reklam həqiqətən də yaxşı şeydir. Elgiz Əkbər öz verilişində güzgülərimi reklam etdikdən sonra hamısı satıldı. Daha əvvəl güzgüləri heç kimə göstərmirdim, lazım olanda sənət adamlarına hədiyyə edirdim. Elgizin verilişinə çıxdıqdan sonra bir dənə də olsun, güzgü qalmadı. İndi yenidən onları hazırlamaqla məşğulam. Çox əziyyətli bir işdir. Göz nuru gedir, amma ortalığa çox gözəl, əsl əl işi olan aynalar çıxır. İnsanlar güzgülərimi almaq istəyir. Bu isə məni çox sevindirir”. 

Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bildirib ki, Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko üçün ondan bir neçə ədəd güzgü alıb: 

“Mən Yusif bəyə, yəni onun həyat yoldaşı Anna xanıma hədiyyə etdim. Amma o söylədi ki, hədiyyə kimi istəmirəm. Bu, göz nurudur, zəhmətdir, dəyərləndirmək lazımdır. Mən yalnız bunu almaq istəyirəm. Sənəti böyük insan dəyərləndirməyi də bu cür bacardı. Allah bundan sonra onun səsini daha da ucalarda etsin. Yusif bəy çox gözəl və ağıllı bir insandır. Onlar dünya şöhrətli sənətkarlardır. Dedi ki, iki dünya bir olar, amma o güzgüləri hədiyyə olaraq götürmərəm”. 

“Onlar sizdən neçə güzgü aldılar” sualına Ruhəngiz “Saylarını saymayaq” deyə qısa cavab verib. 

Qeyd edək ki, aparıcı Elgiz Əkbər verilişində bildirib ki, Ruhəngiz aynaları 300 və 1000 manat arasında satır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO