ABŞ-da 14 respublikaçı qubernator Co Baydenə qarşı birləşib - FOTO

ABŞ-da 14 respublikaçı qubernator Co Baydenə qarşı birləşib - FOTO

Hazırda oxunan: ABŞ-da 14 respublikaçı qubernator Co Baydenə qarşı birləşib - FOTO
176681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da sərhəd təhlükəsizliyi ilə bağlı davam edən fikir ayrılıqları fonunda Texas qubernatoru Qreg Abbott və digər 14 respublikaçı qubernator bazar günü Bayden administrasiyasına qarşı birlik mesajı veriblər.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, qubernator Abbott Hindistana səfərdən qayıtdıqdan sonra federal hökumət və Ali Məhkəmə ilə sərhəd məsələləri ilə bağlı mübahisələrin davam etdiyi Texasdakı “Eagle Pass” (Qartal keçidi) sərhəd məntəqəsində respublikaçı qubernatorlarla birgə mətbuat konfransı keçirib.

Corciya, Arkanzas, İndiana, Missuri və Tennessi ştatlarının respublikaçı qubernatorları dəstəklərini göstərmək üçün mətbuat konfransı zamanı Abbottun yanında olublar.

Texas qubernatoru ABŞ Prezidenti Co Baydeni sərt tənqid edərək bildirib ki, Vaşinqtonun sərhəd təhlükəsizliyini təmin etməməsi məsuliyyəti ştatların üzərinə qoyub. Bu səbəbdən respublikaçı qubernatorlar sərhəd təhlükəsizliyi məsələlərində Bayden administrasiyasına qarşı birlikdə çıxış edəcəklər.

O, qeyri-qanuni miqrant keçidlərinin qarşısını almaq üçün sərhəd boyunca daha çox tikanlı məftillər çəkəcəyini vəd edib. Digər respublikaçı qubernatorlar da Bayden administrasiyasını sərhədləri qeyri-qanuni immiqrasiya üçün açıq qoyduğuna görə sərt şəkildə tənqid ediblər.
Respublikaçı qubernatorlar Abbottun tələb etdiyi qədər Milli qvardiya və digər dəstək qüvvələri göndərəcəklərini vəd ediblər və bu məsələdə Texas ştatını dəstəklədiklərini bir daha təsdiqləyiblər.

ABŞ-da 14 respublikaçı qubernator Co Baydenə qarşı birləşib - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO