
- A-
- A
- A+
Cəmiyyət
13:39 / 15.01.2024
1 dəq oxunma
Quba rayonunda bəzi çaylar dondu - FOTO
Hazırda oxunan: Quba rayonunda bəzi çaylar dondu - FOTO
173475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ötən gecə 15 dərəcə şaxta müşahidə edilən Qubanın Nütəh kəndində, ətraf yaşayış məntəqələrinə gedən və buz bağlamış yollarda lazımi təhlükəsizlik tədbirləri görülür.
Qubadakı 11 saylı xüsusi təyinatlı yol istismar idarəsindən Bizim.Media-ya verilən məlumata görə, qurumun xidmət etdiyi Yerfi, Ördüc, Adur, Xaltan, Dərk və digər kəndlərinə gedən yollara səhər saatlarından qum və duz tökülüb.
Proses hər gün davam edəcək. Yollarda hər hansı qəza hadisəsi yaşanmayıb.
Qeyd edək ki, Qubanın bu ərazisində Siyəzəndən keçməklə Xəzər dənizinə tökülən Gilgilçayın mənbəyini aldığı Xemidarçay və digər qolları buz bağlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün




































































































