Azərbaycan su çatışmazlığı riski altındadır 

Hazırda oxunan: Azərbaycan su çatışmazlığı riski altındadır 

172431

Azərbaycan və Mərkəzi Bakı ərazisi su çatışmazlığı riski altındadır. 

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. 

Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbi ilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dən çox azalacağı ehtimal edilir. 

Ölkədə istehsal olunan suyun ildə təqribən 6%-i və ya 744 milyon m³-i Abşeron yarımadasında istehlak olunur.

Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur. İçməli su şəbəkəsi geniş olsa da, sistemin köhnə olması və Bakının relyefinin mürəkkəb olması səbəbilə sistemdən sızmalar olur. Aparılmış qiymətləndirmələrə əsasən, şəbəkədən su itkisinin həcmi ümumi nəql olunan suyun 48%-ni təşkil edir. 

Mövcud su ehtiyatları 3,5 milyon əhalisi olan şəhəri təmin etmək üçün kifayət qədər geniş imkana sahib olsa da, şəhərin bir sıra ərazilərində su verilişində fasilələr olur (gündə 6 saat, ayın 14 günü).

Bakı şəhərinin Baş Planı çərçivəsində su təchizatı infrastrukturu ilə bağlı müəyyən edilmiş yanaşma “Azərsu” ASC ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Plan qərarlarının verilməsində Cəmiyyətin Bakı və Abşeron yarımadasını əhatə edən Baş Planı nəzərə alınıb. 

Planda 2027-ci və 2040-cı illər üçün təklif olunan inkişaf ərazilərinin proqnoz edilən əhali sayı nəzərə alınmaqla, hər bir ərazinin tələbatı ayrılıqda müəyyən edilib və “Azərsu” ASC-nin Master Planına uyğunlaşdırılıb. Bakı şəhərinin Baş Planı çərçivəsində əsas istifadəçi sahələri üzrə davamlı su idarəetmə siyasətinin tətbiq olunması tövsiyə olunur: kənd təsərrüfatı, ictimai ərazilərin abadlaşdırılması, texniki və məişət suyu istifadəçi qrupları.
Bu siyasət və müdaxilə tədbirlərinin həyata keçirilməsi, gündəlik istehlak həcminin hazırki 288 litr səviyyəsindən (adambaşına gündəlik istehlak) 2040- cı ildə 150 litrə qədər azaldılması baxımından tələb olunur. Burada suyun təkrar istifadəsi və təkrar emalı sisteminin tətbiqi ilə əhəmiyyətli təkmilləşmələr əldə edilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO