Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir

16936

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün maraqla gözlənilən görüşü İspaniyada "Real Madrid" və İngiltərə "Liverpul"u arasında olacaq.

Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. "Kral klubu"nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı dəqiqdir.

Qonaqlarda isə Vircil van Deyk, Co Qomes, Cordan Henderson və Divok Origi zədəlidir.

Günün digər matçı İngiltərədə gerçəkləşəcək. "Mançester Siti" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. "Şəhərlilər"in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.
Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə)

23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO