Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO

Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO

Hazırda oxunan: Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO
163924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Füzuli rayonu İkinci Zobucuq qəsəbəsində yerləşən 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhid Cəfərov Elşad Malik oğlunun, Məmmədov Vüsal Qüdrət oğlunun və Cəfərli Əli İsa oğlunun adları verilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Təhsil Sektorunun rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlərin böyük ruh yüksəkliyi ilə hazırladıqları rəngarəng çıxışlar izlənilib.

Sonra çıxış edən tədbir iştirakçıları və şəhid ailələrinin üzvləri İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevin, yenilməz Ordumuzun və “dəmir yumruq” kimi birləşən xalqımızın qəhrəmanlığından danışıblar.
Tədbir “Yaşasın azad Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatıb.

Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO - foto 1
Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO - foto 2
Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO - foto 3
Füzuli məktəbində üç sinfə şəhidlərin adları verilib – FOTO - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO