Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 

Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 

Hazırda oxunan: Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO 
163407
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən böyük liman operatorlarından biri, Çinin Shandong vilayətində yerləşən “Shandong Port Group” Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-məlumat yayıb.

Məlumata görə, “Shandong Port Group” və bu qrupa daxil olan bir sıra şirkətlərin rəhbərləri Bakı Limanına səfər edib.

“Shandong Port Group”un Baş direktorunun müavini Sun Zhengfun başçılıq etdiyi nümayəndə ilə liman rəhbərliyinin görüşü zamanı Orta Dəhlizdə Bakı Limanının oynadığı mühüm rol və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Qonaqlar Bakı Limanının infrastrukturu ilə yaxından tanış olub, onlarla yükaşırma qabiliyyətinin artırılması üçün əməliyyat və infrastruktur imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. 
Eyni zamanda qonaqlar Bakı Limanının genişləndirilməsi layihəsi ilə tanış olub, investisya imkanları barədə məlumat əldə ediblər. 

Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO  - foto 1
Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO  - foto 2
Çin şirkəti Bakı Limanı ilə qarşılıqlı əməkdaşlığı genişləndirir - FOTO  - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO