Zaur Baxşəliyev:

Zaur Baxşəliyev: "İnsanlar müğənnilərin mal-mülkünü görüb, bu sənətə axın edir" – VİDEO 

Hazırda oxunan: Zaur Baxşəliyev: "İnsanlar müğənnilərin mal-mülkünü görüb, bu sənətə axın edir" – VİDEO 
159830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparıcı Zaur Baxşəliyev sənət insanlarının mal-mülklərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Zaur aparıcısı olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb. 

Z.Baxşəliyev bildirib ki, 30 il əvvəl insanlar sənətçilərin necə imkanlara malik olduğunu bilsəydi, o zamandan bəri övladlarını incəsənətə yönləndirərdi: 

"30 il əvvəl incəsənət aləminin "çörəkli sənət" olduğu görünmürdü. Heç kim görmürdü ki, məşhurların nəyi var, nəyi yoxdur. 30 il əvvəl nə internet, nə də ki, sosial şəbəkələr vardı. Bir müddət əvvəl Xalq artisti Afaq Bəşirqızı mərhum həmkarı Xalq artisti Siyavuş Aslanın mülklərindən söhbət açmışdı.

Afaq xanım bildirmişdi ki, Funiklyorun yanında yerləşən o zamanın "Çinar" kafesi Siyavuş Aslanın olub.
O zamanlar bu xəbəri "TikTok" sosial şəbəkə platformasında paylaşsaydılar, kim aktyor olmaq istəməzdi ki? İndi müğənnilər avtomobillərini və evlərini nümayiş etdirir, insanlar da baxır bu sənətin "çörəkli" olduğunu görüb, axın edir.

Biz bilməzdik ki, məsələn, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın və sairə müğənnilərin nələri var. Biz axı, bunları haradan bilə bilərdik ki? Onlar yalnız oxuyurdular, mal-mülklərini indiki müğənnilər kimi açıq-aşkar göstərmirdilər". 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO