Nizami Rəmzinin narkoman qızı:

Nizami Rəmzinin narkoman qızı: "16 yaşımda məni bədbəxt ediblər" - VİDEO

Hazırda oxunan: Nizami Rəmzinin narkoman qızı: "16 yaşımda məni bədbəxt ediblər" - VİDEO

159605

"Atam sağ olsaydı belə olmazdım. Atam olmadığına görə, məni 16 yaşımda bədbəxt ediblər. O sağ olsaydı, heç kim bunu mənə edə bilməzdi. Elə şeylər var ki, mən bu haqda danışa bilmərəm".  

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum meyxana ustadı, şair Nizami Rəmzinin narkotik asılılığından əziyyət çəkən və səfil həyatı keçirən qızı Reyhan Nail Kəmərlinin "YouTube"da yayımladığı layihəsinə müsahibəsində danışıb.  

Pis vərdişlərdən əziyyət çəkən söz xiridarının qızı ağır həyat hekayəsindən söz açıb. Reyhan bildirib ki, pulu olduqda onu narkotik maddə almağa xərcləyib:

"İnsanlar çox vəfasızdır. Həyat yox, insanlar insanı salır bax bu pis yola. Yəqin ki yanımda yaxşı insanlar olsaydı, o yola düşməzdim. Əslində yanımda insan var idi amma getdi. Ona görə getdi ki, dedi “get müalicəyə”. O da mənim kimi narkotik istifadəçisi idi.

Üçüncü ilə keçirdi ki, biz birlikdə idik. Artıq mənim üçün sevgi heç nədir (ağlayır). Üç il müddətində mən bu hallara düşdüm. O qədər özüm-özümə ağlamışam ki,... Yağışın altında, soyuqda taxtaların altında qalmışam. Tək olmaq pis şeydir. Günlərlə ac-susuz qaldığım günlər də olub. İki gün yemək yemədiyim vaxtlar da olub.  

Pulumuz olanda da "mal"a (narkotik maddə - red.) görə pulu xırdalamamışıq ki, bəlkə az olar, "mal" almağa çatmaz. Eşitməmişəm ki, kimsə məni bu illər ərzində axtarsın.

Öz yaxınların axtarmırsa, dostların ümumiyyətlə axtarmaz. Dost kənar bir insandır. Mən tək qaldğım üçün bu yerlərə gəlib çıxdım. Tək olmasaydım, belə şeylər olmayacaqdı. Hava soyuq, yağışlı olanda belə küçələrdə dəmir yığırdım. Buna məcbur idim".  

Nail Kəmərli Reyhanı narkotik aludəçiliyindən xilas etmək üçün reabilitasiya mərkəzinə gətirib.

Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak olub. Ekspertizaya görə, Nizami Rəmsi sükan arxasında  içkili olub. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO