İsmayıllıda 65 yaşlı kişini öldürən şəxs SAXLANILDI

İsmayıllıda 65 yaşlı kişini öldürən şəxs SAXLANILDI

Hazırda oxunan: İsmayıllıda 65 yaşlı kişini öldürən şəxs SAXLANILDI

157755

Bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İsmayıllıda 65 yaşlı kişi QƏTLƏ YETİRİLDİ


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO