"Yuventus"unun yarımmüdafiəçisi Pol Poqbanın İtaliya A Seriyasının 1-ci tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə verib.
Bizim.Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
İtaliya çempionatının 2023/2024 mövsümünün 1-ci turunda "Yuventus" səfərdə "Udineze" ilə qarşılaşıb.
Oyun Turin klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Poqba sözügedən görüşdə iştirak etməyib. Fransalı futbolçu sonadək ehtiyatda qalıb.
Paul Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilib. Bu terapevtik istisnasız qəbul edilməməli olan bir maddədir. Beləliklə,o, maksimum 4 il diskvalifikasiya cəzası almaq riski ilə üz-üzədir.
Bizim.Media