Tarixi bina olan İsrafil ağanın evinin bərpası ilə bağlı Nazirlikdən CAVAB

Tarixi bina olan İsrafil ağanın evinin bərpası ilə bağlı Nazirlikdən CAVAB

Hazırda oxunan: Tarixi bina olan İsrafil ağanın evinin bərpası ilə bağlı Nazirlikdən CAVAB
152306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Qazax elinin tanınmış xeyriyyəçi və igid oğlu İsrafil ağa Kərbalayevin bir zamanlar yaşadığı ev baxımsızlıq üzündən dağılıb gedir. 100 ildən çox yaşı olan bu bina tarixi abidə kimi Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınıb. Lakin son illər baxımsız qalan bina dağılmaq üzrədir.

Avqustun 23-də “Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT” başlıqlı yazı ilə məsələni ictimailəşdirmişdik. Eyni zamanda, Mədəniyyət Nazirliyinə sorğu göndərmişdik.

Nazirlik Bizim.Media-nın sorğusuna cavab göndərib. Cavab məktubunda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

Xeyirxahlığı və igidliyi nəsillərə örnək olan İsrafil ağanın tifağı dağılır - Kimdir günahkar? – FOTOFAKT


“Məlumat üçün bildiririk ki, Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndinin ərazisində yerləşən 20-ci əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi İsmayıl ağanın evi (4075 inventar nömrəsi ilə) Dövlət Reyestrinə alınmışdır. 

Qeyd edək ki, həmin abidə Mədəniyyət Nazirliyi üzrə 2024-2027-ci illər ərzində dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilmişdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO