Nazir:

Nazir: "Misirlə Azərbaycan arasında aerokosmik sənayedə əməkdaşlıq potensialını araşdırırıq"

Hazırda oxunan: Nazir: "Misirlə Azərbaycan arasında aerokosmik sənayedə əməkdaşlıq potensialını araşdırırıq"
147966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dövlət başçılarımızın sıx təmasları və birgə siyasi iradəsi ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri iyulun 25-də Misirin milli bayramı - İyul İnqilabının 71-ci ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. 

Hazırda ölkələrimiz arasında həftədə üç sərnişin reysinin həyata keçirildiyini deyən nazir birbaşa uçuşların sayının artırılmasının ölkələrimiz arasında iqtisadiyyat, ticarət və turizm sahələrində əməkdaşlığa töhfə verəcəyini diqqətə çatdırıb. 
“Bundan əlavə, biz aerokosmik sənayedə əməkdaşlıq potensialını araşdırırıq. Hazırda “Azərkosmos” ilə Misir Kosmik Agentliyi arasında danışıqlar aparılır. Hesab edirəm ki, bu, bəzi Misir şirkətləri ilə Azərbaycanın peyk potensialı ilə bağlı artıq mövcud olan sazişlərə əhəmiyyətli əlavədir”, - deyə R.Nəbiyev vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO