Çadır məktəbin, dəmir məzunları... – FOTO  

Çadır məktəbin, dəmir məzunları... – FOTO  

Hazırda oxunan: Çadır məktəbin, dəmir məzunları... – FOTO  
146416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çadır məktəbin dəmir məzunları da demək olar onlara...  

Nə az - nə çox, tam 19 il sonra baş tutan görüşə  demək olar ki, hər peşədən olan bəy və xanımlar gəlmişdi. Söhbət 1993-cü ildə, ölkənin ən çətin dövründə çadır şəhərciyində birinci sinifə yollanıb, 2004-cü ildə, məhz elə çadır məktəbindəcə məzun olan sinif yoldaşlarından gedir.  

Aralarında Bizim.Media-nın Qarabağ bürosunun əməkdaşı da olan kollektiv 19 il sonra Ağdam rayonunun məcburi köçkünlər yaşayan Bənövşələr qəsəbəsində bir araya gəliblər. 

Bir zamanlar çadır siniflərdən ibarət olan 2 saylı məktəbin yeni daş binasında baş tutan tutan görüşdə müxtəlif peşə sahibləri, cəmiyyətdə öz imzaları olan mütəxəssislər yer alırdı.  

Sözsüz ki Ermənistan ordusunun işğal faktından doğulan məhdudiyyətlər Azərbaycan gəncliyini ən ağır sınağın cəngindən keçirərək ələyib. Çatışmazlıqlar, real yoxsulluqlara baxmayaraq onlar arasında, qazi hərbi qulluqçu, ədliyyə zabiti, media nümayəndəsi, inşaat, tibb və təhsil sahəsinin mütəxəssisləri yetişib.   

Görüş zamanı məktəbin çətin illərində pedoqoji fəaliyyəti şərəflə yerinə yetirən müəllimlər keçmiş şagirdlərin cəmiyyətdə özünəməxsus mövqeyə sahib olmaları, onların dövlətçilik ənənələrinə sadiq şəkildə öz peşə fəaliyyətlərini yerinə yetirmələrindən qürur duyduqlarını diqqətə çatdırıb.  
Qeyd edək ki, keçmiş məzunlar ilk öncə Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən şəhidlər xiyabanını və dünyasını dəyişmiş sinif yoldaşlarının məzarını ziyarət ediblər.  

Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 1
Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 2
Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 3
Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 4
Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 5


Çadır məktəbin, dəmir məzunları... – FOTO   - foto 6
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO