Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faiz ARTDI  

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faiz ARTDI  

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi 12 faiz ARTDI  
146014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 12.3 milyard dollar təşkil edib.  

Bizim.Media Azərbaycan Mərkəzi Bankının “Tədiyyə balansı hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin I rübündə isə bu dövriyyə 10.8 milyard dollar həcmində olub.  

Hesablamalardan görünür ki, 1 il ərzində cəmi 1,5 milyard dollar və ya 12,20 faizlik artım baş verib. 

Neft-qaz sektoru üzrə yaranan 6.7 milyard dollarlıq profisit qeyri-neft-qaz sektorundakı 2.0 milyard dollarlıq kəsiri bağlayıb. Bunun da nəticəsində hesabat dövründə xarici ticarət balansında 4.7 milyard dollarlıq profisit yaranıb.  

Ötən ilin eyni dövründə neft-qaz sektoru üzrə yaranmış 7.1 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 1.6 milyard dollarlıq kəsiri bağlayıb. Bunun nəticəsində də xarici ticarət balansında 5.5 milyard dollarlıq profisit yaranıb. 
Buradan aydın olur ki, bir il ərzində bu sektor üzrə yaranmış profisitin ümumi həcmi 0,4 milyard dollar və ya 5,63 faiz azalma baş verib. Bununla belə, cari dövrdəki kəsir ötən ilki kəsirdən 0,4 milyard dollar çox olsa da, bağlaya bilib. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO