Çexiya Prezidenti: “Praqa Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir”

Hazırda oxunan: Çexiya Prezidenti: “Praqa Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir”

145124

“Müharibənin başa çatmasından sonra Ukrayna Şimali Atlantika İttifaqına üzvlüyü barədə danışıqlara başlamalıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Çex Respublikasının Prezidenti Petr Pavel Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çexiyada görüşü zamanı deyib.  

Çexiya Prezidentinin sözlərinə görə, onun ölkəsi Ukraynaya 1,87 milyard avro dəyərində yardım edib:  

“Ukraynanın həm müharibədən sonra, həm də müharibə vaxtı bərpası Çexiya və çex şirkətləri üçün yaxşı fürsət kimi qiymətləndirilməlidir. 

Ukraynanın müharibədən sonra NATO-ya üzvlüyü ilə bağlı danışıqlara başlaması Çexiyanın maraqlarına uyğundur. Bu həm də təhlükəsizliyimiz, regional sabitlik və iqtisadi rifahımız nöqteyi-nəzərindən maraqlarımıza cavab verir. Çexiya Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bu ilin sonuna qədər başlaması üçün çalışacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO