Messinin

Messinin "İnter Mayami"də illik maaşı 60 milyon dollar olacaq

Hazırda oxunan: Messinin "İnter Mayami"də illik maaşı 60 milyon dollar olacaq

144186

Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-nin "İnter Mayami" futbol klubundakı illik maaşı 50-60 milyon dollar arasında olacaq.

Bizim.Media xəbər verir ki, komandanın prezidenti Xorxe Mas “El Pais”ə açıqlamasında argentinalı hücumçu ilə 3 illik müqavilə bağlamaq üçün danışıqlar apardığını deyib.

Argentinalı futbolçu iyunun 7-də "İnter Mayami"yə keçdiyini açıqlayıb. Hücumçunun son klubu müqavilə müddəti bitdiyi üçün ötən mövsümün sonunda ayrıldığı Fransa "Paris Sen-Jermen" olub.

36 yaşlı Messi 2003-2021-ci illərdə 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya Superkubokunu və 7 dəfə İspaniya kubokunu qazanan, 4 dəfə Çempionlar Liqasının qalibi olan "Barselona"da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO